Qırğızıstan Bakiyevin verilməsi üçün yenə sorğu göndərib

Qırğızıstanın yeni hökuməti Belarusa keçmiş prezident Kurmanbek Bakiyevin verilməsi ilə bağlı təkrar sorğu göndərib.

Bakiyev Belarusa apreldə müxalifətlə hökumətin qarşıdurması nəticəsində baş verən hakimiyyət dəyişikliyindən sonra gedib.

Ötən ay Qırğızıstanda Roza Otunbayeva prezident seçilib. Yeni hökumət Bakiyevi mitinqçilərin öldürülməsində ittiham edir.