Nyu-York və Vaşinqtonda işıqlar keçib

Amerikanın şərq sahillərində temperaturun 38 dərəcə selsidən yuxarı qalxması səbəbindən kondisionerlərdən istifadənin kəskin artması Nyu-York və Vaşinqton şəhərlərində elektrik kəsintilərinə gətirib çıxarıb.

Havanın temperaturu Vaşinqtonda 38 dərəcə ilə bu ilin rekordunu vurduğu halda, Nyu-Yorkda bu göstərici 40 dərəcə olub.