Azərbaycan millisinin üzvü İngiltərənin «Everton» klubunda

Araz Abdullayev

İngiltərənin «Everton» klubu Bakının «Neftçi» komandasının və Azərbaycan yığmasının futbolçusu Araz Abdullayevlə 2 illik müqaviləni razılaşdırıb.

Bu haqda ingilis klubunun rəsmi saytında məlumat yerləşdirilib.

Gənc futbolçu ilə anlaşmanın bütün detalları razılaşdırılıb və artıq o tibbi müayinədən keçib, işçi vizanı aldıqdan sonra isə klubla müqavilə imzalanacaq.

Amma hələlik məlum deyil ki, Abdullayev «Everton»un əsas, yoxsa əvəzedici heyətində oynayacaq.

Araz Abdullayev Azərbaycan yığmasının ən gənc üzvüdür.