16 yaşlı oğlan günvurmadan ölüb

Biləsuvarda 16 yaşlı oğlan günvurmadan ölüb.

Rayonun Əsgərabad kənd sakini, 1994-cü il təvəllüdlü İsmayıl Həbibov atasının kombayınında biçindən qayıdarkən qəflətən keçinib.

Məhkəmə - tibbi ekspertizanın müayinəsindən sonra onun günvurma nəticəsində öldüyü müəyyən edilib.

/ANS/