Bakı Klintonun səfərindən kömək gözləyir

Rəsmi Bakı Hillari Klintonun regiona səfərinin Dağlıq Qarabağ probleminin ədalətli həllinə kömək edəcəyini gözləyir.

Bunu Prezident Admnistrasiyası xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ANS-ə müsahibəsində deyib. Onun sözlərinə görə, son vaxtlar cəbhə bölgəsində baş verən insidentlər və xanım Klintonun regiona səfəri ABŞ-ın problemin ciddiliyini, münaqişənin tezliklə həllinin vacibliyini başa düşməsindən xəbər verir.

O qeyd edib ki, Hillari Klintonun Bakı və Yerevanda aparacağı danışıqlar və əldə ediləcək real nəticələr çox gözəl bir presedent yaradar və bu addım həmsədr ölkələrin nüfuzuna müsbət təsir edərdi.