"Eks-prezidentlər haqqında” qanun layihəsi hazırlanır

Prezident Administrasiyasında “Eks-prezidentlər haqqında” qanun layihəsi hazırlanır.


Bu haqda parlamentin 2010-cu il yaz sessiyasının yekunlarına həsr olunmuş mətbuat konfransında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev məlumat verib.

 

Səfa Mirzəyev deyib ki, Prezident Administrasiyasında hazırlanan  “Eks-prezidentlər haqqında” qanun layihəsi üzərində iş başa çatmaqdadır. Layihə yaxın zamanda Milli Məclisə təqdim olunacaq.