Dinc sakinlər arasında itkilər azaldılacaq

Əfqanıstandakı kolaisiya qüvvələrinin yeni baş komandanı general Devid Petreus hərbi əməliyyatlar zamanı dinc sakinlər arasında itkilərdən yayınmaq üçün bütün mümkün imkanlara əl atılacağını vəd edib.

Devid Petreus bu gün Brüsseldən Kabilə yollanır.

Amerika senatı çərşənbə günü onun bu vəzifəyə namizədliyini təsdiqləyib.

Bundan əvvəl koalisiya qüvvələrinə amerikalı general Stenli Makkristal komandanlıq edirdi.