İlham Əliyev Piter Semnebini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev iyunun 30-da Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebini qəbul edib.

Görüşdə Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı məsələlər müzakirə olunub.