Buzovnada yaxta batıb

Bakının Buzovna qəsəbəsi istiqamətində, sahilə yaxın ərazidə Xəzərdə şəxsi yaxta paslı borulara ilişib və yarıya qədər suya batıb.

Yerli sakinlər «Turan» agentliyinə bildiriblər ki, yaxta 28-dən 29-na keçən gecə qaranlıqda sualtı dirəklərə – vaxtilə burada olan körpünün dayaqlarına ilişib. Ekipajın gəmini yerindən tərpətmək cəhdləri nəticə verməyib, əksinə, gəmi batmağa başlayıb. Sərnişinlər qayıqla yaxtanı tərk edə biliblər.

Bahalı yaxtanın İtaliya istehsalı olduğu bildirilir.