Polis məntəqəsi partladılıb

Bosniyanın Buqoyno şəhərində polis məntəqəsinin partladılması nəticəsində 1 polis nəfəri ölüb, 5-i yaralanıb.

Məntəqənin qarşısında saxlanmış maşına partlayıcı qurğu qoyulubmuş.

Cinayətin səbəbi hələlik bəlli deyil.

5 şübhəlinin saxlandığı xəbər verilir.