4 Balkan ölkəsi kiçik Şengen yaradırlar

Albaniya, Makedoniya, Çernoqoriya və Kosovo liderləri ərazilərində maneəsiz gediş-gəliş zonası yaratmaq razılığına gəliblər.

Qərar Kosovonun Prizren şəhərində keçirilmiş görüşdə qəbul edilib.

Bu son 2 il ərzində 3-cü belə görüşdür.

Kosovo prezidenti Fatmir Seydiu bildirib ki, söhbət kiçik Şengendən gedir.