Şimal bölgəsində yol dağılıb, 100-dən çox insan dərədə qalıb

Bir necə gün əvvəl yağan intensiv yağışlar nəticəsində Şabran rayonu ilə Qubanın sərhədində, dağlıq ərazidə yerləşən İstisu sanatoriyasına gedən yol dağılıb. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, təxminən 100-120 nəfərə yaxın insan Siyəzən ərazisindən axan Gilgil çaydan keçərək geri qayıtmaq istəyiblər. Lakin yolun yuyulması və avtomobilləri sel aparması nəticəsində həmin insanlar Siyəzən ərazisindəki dərədə köməksiz qalıblar.

Fövqəladə Hallar Nazirliyinin Xaçmaz-regional mərkəzinin rəisi Rüfət Qurbanovun ANS-PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, həmin insanlar kömək üçün FHN-ə müraciət ediblər. Onların dəqiq sayı açıqlanmasa da, hadisə yerindən gətirilməsi üçün helikopterin göndərildiyi bildirilir:

«Onları ya Şabrana, ya da Siyəzənə gətiriləcəklər».