Hövsanda 2 nəfər boğulub

Hadisə bu gün saat 15:00 radələrində baş verib.

Hövsan sakini olan 15 yaşlı Şahin Yaqubov və xalası oğlu Yasamal rayon sakini 22 yaşlı Elşad Məmmədov dənizdə çimərkən boğulublar.

Hadisə yerinə gələn dalğıc-xilasedicilər cəsədləri çılxarıblar.