Qırğızıstanın cənubunda gərginlik davam edir

BMT baş katibinin köməkçisi Oskar Fernandez-Taranco bu fikirdədir.

İyunun 25-də Qırğızıstandakı vəziyyət BMT Təhlükəsizlik Şurasında bağlı qapılar arxasında müzakirə olunub.

Taranco bildirib ki, Oş və Calalabadda vəziyyət sakit olsa da, qarşıdurmanın təkrarlanacağı qorxusu qalır.

İyunun 10-da Qırğızıstanın cənubunda etnik zəmində baş verən iğtişaşda 260-a yaxın adam ölüb, 100 min adam qaçqın düşüb.