Vaşinqtonda Barak Obama ilə Dimitri Medvedev arasında görüş olub

Vaşinqtonda ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Dimitri Medvedev arasında görüş olub.

Bu sayca prezidentlərin 7-ci görüşüdür.

ABŞ prezidenti Barak Obama görüşdən əvvəl raket əleyhinə yeni müdafiə sisteminin yaradılmasında Moskva ilə əməkdaşlığa ümidlə yanaşdığını bildirib.

Hələlik danışıqların məğzi barədə ətraflı məlumat yoxdur.