E.Məmmədyarov İraqın yeni səfirini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov İraqın Azərbaycana yeni təyin olunmuş səfiri Heydər Şiya Qubeyşi əl-Bərrakı qəbul edib.

E.Məmmədyarov səfiri təbrik edib və gələcəkdə iki ölkə arasındakı əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.