5 ABŞ vətəndaşı 10 il həbs cəzası aldı

Pakistan məhkəməsi bu gün 5 ABŞ vətəndaşına 10 il həbs cəzası kəsib.

Onlar terror aktına cəhddə ittiham olunurdular.

Onlar ötən ilin dekabrında Pakistanın Sarqoda şəhərində həbs olunublar.

Onlardan ikisi əslən pakistanlı, qalanları isə Misir, Yəmən və Eritreyadandılar.

Məhkəmə onların ölkədə fəaliyyət göstərən yaraqlılarla əlbir olduqlarını qərara alıb.