Qırğızıstandakı iğtişaşlar beynəlxalq səviyyədə araşdırılmalıdır

Qırğızıstanın cənubunda baş vermiş iğtişaşların səbəbi beynəlxalq səviyədə araşdırılmalıdır.

Bunu ATƏT-in Parlament Assambleyasının Orta Asiya üzrə nümayəndəsi Kimmo Kilyunen deyib.

O Bişkekdə keçirdiyi mətbuat konfransında Qırğızıstanda baş verənləri faciə adlandırıb.

O həmçinin vəziyyəti yoluna qoymaq üçün regionda ATƏT ölkələrindən olan xüsusi təyinatlı polis qüvvələri yerləşdirməyi təklif edib.

Kimmo Kilyunen qeyd edib ki, söhbət sülhməramlı hərbi hissədən yox, məhz polis qüvvələrindən gedir.