İstanbulda regional sammit keçirilir

İyunun 23-də onlarla Cənub-şərqi Avropa ölkəsinin liderləri İstanbula - regional sammitə toplaşıb.

Görüşdən əvvəl Türkiyə XİN Əhməd Davudoğlu NATO və Avropa Birliyini qapılarını Balkan ölkələrinin üzünə açıq saxlamağa çağırıb.

Serbiya prezidenti Boris Tadiç də Avropa Birliyini - ölkəsini 27 üzvlük birliyə qəbul etmək istəyib-istəmədiyini «çəkinmədən» deməyə çağırıb.