20 talibançı azad edilib

Əfqanıstan hökuməti həbsdə olan 20 talibançını azad edib.

Əfqanıstan prezidenti Həmid Kərzainin məsləhətçisi bu gün deyib ki, sülh uğrunda xoş niyyətin davamı olaraq daha 35 talibançının azad olunacağı da gözlənilir.