Əfqanıstanda NATO-nun 7 hərbçisi həlak olub

Gün ərzində Əfqanıstanda NATO-nun 6 hərbçisi həlak olub. Onlardan ikisi Əfqanıstanın müxtəlif rayonlarında baş vermiş partlayışlarda, Avstraliyadan və ABŞ-dan olan dörd hərbçi isə ölkənin cənubunda helikopter qəzasında həlak olub. Helikopteri yaraqlıların vurmadığı bildirilir.

Bu gün həm də iyunun 12-də Hilmənd əyalətində ağır yaralanmış Britaniya hərbçisinin öldüyü haqqında da xəbər verilib.