Kəşfiyyat xidmətinə hücumda 13 adam ölüb

Yəmənin Aden şəhərində kəşfiyyat xidmətinin qərargahına edilmiş hücumda 13 adam ölüb.

Onlardan 10-u xidmətin əməkdaşları, 3-ü isə xidmətçi qadınlardır.

Hücum vaxtı Əl Qaidə ilə əlbir olmaqda şübhəli bilinən bir neçə nəfər həbsdən qaçıb.

Agentliklərin məlumatına görə bina qumbaraatan və avtomat silahlardan atəşə tutulub.