Qızılın qiyməti rekord həddə qalxıb

Dünya bazarlarında qızılın qiyməti rekord həddinə çatıb.

Buna səbəb kimi sərmayədarların qiymətli kağızlar və dünya valyutalarına etibarının azalması göstərilir.

Belə ki, qızılın 1 unsiyası 1258, 38 dollara qalxıb.

Ümumilikdə qızıl bu ilin əvvəllərindən bu yana 12 faiz bahalaşıb.