Həmsədrlər Sarkisyanla görüşüblər

Ermənistan prezidenti Serj Sarkisyan bu gün Sankt-Peterburqda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb.

Ermənistan mətbuatının məlumatına görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi müzakirə edilib.

Sarkisyanla danışıqlardan sonra həməsdrlər Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər.