Bakı NATO-ya qoşulmağı prioritet hesab eləmir

Rəsmi Bakı NATO-ya üzv olmağı prioritet hesab eləmir.

Bunu, Xarici İşlər Nazirliyinin nümayəndəsi Emin İbrahimov “NATO və Azərbaycan arasında tərəfdaşlığın perspektivləri, Azərbaycan ictimaiyyətinin gözləntiləri” mövzusunda Bakıda keçirilən konfransda bildirib.

Amma o qeyd edib ki, Azərbaycan NATO ilə tərəfdaşlığa önəm verir və bu qurumla əməkdaşlığı davam etdirir.

Onun sözlərinə görə, NATO standartları yoxdur, bu quruma daxil olan ölkələrin milli standartları var.