Dünya ombudsmanları Bakıdadır

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova

İyunun 18-də Bakıda– «İnsan Hüquqları Günü»nə və «Ekologiya İli»nə həsr edilmiş «İnsan hüquqları və ətraf mühit: iqlim dəyişikliyinin hüquqi və etik aspektləri» mövzusunda Ombudsmanların 8-ci Bakı Beynəlxalq Konfransı işə başlayıb.

Bu tədbir üçüncü ildir ki, YUNESKO-nun dəstəyi ilə keçirilir.

Konfransa Tayland, Sloveniya, Kanada, Rusiya, Ukrayna, Moldova ombudsmanları və ya bu ölkələrin milli insan hüquqları təsisatları nümayəndələri, beynəlxalq ekspertlər iştirak edirlər.

Ombudsman Elmira Süleymanova qeyd edib ki, tədbirdə səslənən fikirlər toplantının sonunda qəbul olunacaq Bakı Bəyannaməsində öz əksini tapacaq.

Bu günə kimi təşkil olunan ombudsmanların yeddi Bakı konfransında 47 ölkənin ombudsmanı və əməkdaşları iştirak edib. /APA/