Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşü ola bilər

Sankt-Peterburqda Azərbaycan, Rusiya və Ermənistan prezidentləri arasında üçtərəfli görüş keçirilə bilər.

Bu barədə «Panorama.am» saytı Ermənistan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

İyunun 17-19-də Sankt-Peterburqda ənənəvi Beynəlxalq İqtisadi Forum keçiriləcək.

Dimitri Medvedev İlham Əliyevlə Serj Sarlisyanı da tədbirə dəvət edib.

Üçtərəfli görüşün həmin forum çərçivəsində keçirilməsi nəzərdə tutulur.