Fransada baş vermiş daşqında 15 adam ölüb

Fransanın cənubunda baş verən daşqınlarda 15 adam ölüb, 10 nəfər isə itkin düşüb.

Ölkənin cənub-şərqində yerləşən Bar şəhərindən minlərlə sakin vertolyotların köməkliyi ilə köçürülüb.

200 mindən artıq ev işıqsız qalıb.

Draqinyan şəhərini tamamilə su basıb.

Şəhərin küçələrində suyun səviyyəsi 2 metrə qalxıb.

Yaxın günlərdə ölkənin cənubunda yağışlar gözlənilir.