13 azərbaycanlı tələbə Calalabaddan çıxarılıb

Qırğızıstanın cənubundakı toqquşmalara görə 13 azərbaycanlı tələbə Сalalabaddan evakuasiya olunub.

Qırğızıstandakı Azərbaycan səfirliyinin məlumatına görə, azərbaycanlı tələbələr Türkiyə tərəfinin vasitəçiliyi ilə Bişkekə köçürülüblər.

Onlardan 3-ü Azərbaycan, qalanları isə Gürcüstan vətəndaşıdı.

Onların Bakıya gətirilməsi müzakirə olunur.