Robert Simons Bakıya gəlib

İyunun 16-da Azərbaycanın Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO baş katibinin xüsusi nümayəndəsi Robert Simonsu qəbul edib.

Bu barədə nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Görüşdə Azərbaycan-NATO əməkdaşlığı, regionda hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsi barədə müzakirələr aparılıb.