Daha 2 NATO əsgəri həlak olub

Dünən Əfqanıstanda 2 NATO əsgəri ölüb.

Gündüz əyalətində hərbi maşının minaya düşməsi nəticəsində 1 Amerika əsgəri ölüb, 3-ü isə yaralanıb.

Ölkənin şərqində baş vermiş başqa bir insidentdə isə 1 koalisiya əsgəri həlak olub.

Bundan əvvəl Qəndəhar və Paktika əyalətlərində törədilmiş hücumlarda isə 5 əfqan polisi və 4 yol işçisi öldürülüb.