Bakıda ölümlə nəticələnın ağır yol qəzası baş verib

Bakıda yol qəzası nəticəsində dörd nəfər ölüb, dörd nəfər isə yaralanıb.

Bu gün (12 Iyun) saat 02:45-radələrində Xətai Rayonunun Babək prospektində “Vaz 2107”, “Wolksvagen”, “Hyundai Sonata” və “QAZ 3110”, avtomobillərinin toqquşması nəticəsində Bakı sakinləri Tural Hacıyev, Gülbəniz Hacıyeva, Vüsalə Hacıyeva və Aybəniz Həsənova ölüblər.

Digər 4 nəfər - Lalə Əlizadə, Ayxan Abbasov, Azad Rəfiyev və Ofeliya Həsənova isə ağır yaralanıblar.

Xəsarət alanlar xəstəxanaya çatdırılıb, vəziyyətləri orta ağırdır.

Hadisə ilə bağlı cinayət işi aşılıb, araşdırma gedir.