Türkiyə ilə Braziliya İrana qarşı sanksiyalara səs verməyib

BMT Təhlükəsizlik Şurası İrana qarşı yeni - 4-cü sanksiyanı qəbul edib. Şuranın 12 üzvü qətnamənin lehinə, Türkiyə ilə Braziliya isə əleyhinə səs verib. Livan isə bitərəf qalıb.

Təhlükəsizlik Şurasının 5 daimi üzvü də sanksiyaları dəstəkləyiblər.

Bu sanksiyalarda xüsusilə İrana gedən şübhəli gəmilərin saxlanması, habelə bu ölkəyə vertolyot və döyüş tankları göndərilməsinin qadağan edilməsi nəzərdə tutulur. O cümlədən nüvə fəaliyyətinə görə sərt tədbirlərin tətbiq olunacağı qeyd olunub.

İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi Əli Əşgar Soltani isə bildirib ki, yeni sanksiyalara baxmayaraq İran uranı zənginləşdirməkdə davam edəcək.