Niderlandda parlament seçkiləri keçirilir

Niderlandda parlament seçkiləri keşirilir.

Rəy sorğularının nəticələrinə görə 18 partiyadan heç biri parlamentdə böyük əksəriyyət qazanmayacaq.

Amma büdcə xərclərinin azaldılması və immiqrasiya siyasətinin kəskinləşdirilməsini istəyən sağ-mərkəzçi partiyaların irəlidə olacaqları gözlənilir.

Bundan əvvəlki hakim koalisiya ordunun Əfqanıstandan çıxarılmasıyla bağlı mübahisəyə görə bu ilin fevralında dağıldı.