Niderlandda parlament seçkiləri keçirilir

İyunun 9-da Niderlandda parlament seçkiləri keçirilir. Rəy sorğularına görə Liberal Partiyası qələbəyə daha şanslıdır.

Liberallar büdcə xərclərini azaltmağa və immiqrantlara daha az imtiyaz verməyə çağırır.

Gözlənilir ki, 8 ildir hakimiyyətdə olan Xristian Demokratlarının lideri, baş nazir Jan Peter Balkenendenin rəhbərliyi bununla son çatacaq.