Türkiyə İsrail məsələsində tərəfdar axtarır

İsrailin Türkiyədəki səfirliyi qarşısında etiraz aksiyasından, Ankara 31May2010

Türkiyə İsrail məsələsində Orta Şərq və Asiyadakı qonşuları arasında özünə tərəfdar axtaracaq.

İyunun 8-də Türkiyənin İstanbul şəhərində «Asiyada qarşılıqlı əlaqələr və etimad yaratma tədbirlərinə» dair sammit başlayır.

Baş nazir Rəcəb Tayyib Ərdoğan Rusiyalı həmkarıyla görüşəcək.

Sammitdə o cümlədən İran, Suriya, Əfqanıstan, Qazaxıstan, Azərbaycan və Fələstin liderləri iştirak edir.

Dövlət başçıları arasında ayrı-ayrılıqda görüşü də nəzərdə tutulub.

Qəzzaya yardım aparan gəmilərə hücumla bağlı İsrail rəhbərliyi sammitə qatılmır.