Türkiyə hərbi təyyarələri PKK mövqeyini bombalayıb

İyunun 7-də Türkiyə hərbi təyyarələri bir neçə kürd qiyamçı mövqelərini bombalayıb.

Türkiyənin NTV kanalı xəbər verir ki, 6 döyüş təyyarəsi PKK-nın İraqın Kürdüstan bölgəsindəki bazalarını hədəfə alıb.

PKK Türkiyənin terrorçu təşkilatlar siyahısındadır və Türkiyə bildirir ki, 2000 PKK üsyançısı İraqın şimalındakı dağlarda yuva salıb və burdan Türkiyə ərazisinə hücumlar edir.