Nardaranda İsrail əleyhinə etiraz aksiyası keçirilib

İyunun 4-də Bakının Nardaran qəsəbəsində İsrail dövləti əleyhinə etiraz aksiyası keçirilib.

Aksiya iştirakçıları Qəzza bölgəsinə humanitar yardım aparan Türkiyə gəmisinə İsrail hərbçilərinin silahlı hücumuna etiraz ediblər. Yüzdən artıq adamın iştirak etdiyi aksiyada İsrail əleyhinə müxtəlif şüarlar səsləndirilib.

Aksiyaçılar İsrailin ədalət məhkəməsi qarşısında cavab verməli olduğunu bildiriblər.




MÖVZUNU BURADA ŞƏRH EDİN