İsraildə saxlanmış 2 azərbaycanlı tezliklə Bakıya qaytarılacaq

Qəzzəyə humanitar yardım aparan gəmi karvanında olan azərbaycanlılar tezliklə Bakıya qaytarılacaq.

Bu barədə İsrailin Azərbaycandakı səfiri Mixail Lavon Lotem məlumat verib.

Səfir artıq onların şəxsiyyətlərinin müəyyənləşdirildiyini və İsraildən gələn növbəti təyyarə reysi ilə Azərbaycana göndəriləcəklərini deyib.