Çexiyada koalision hökumət yaradılır

Çexiyada koalision hökumət yaradılacaq.

Belə bir razılaşma bu gün 3 partiyanın liderləri arasında ələdə olunub.

Bu partiyalar 200 yerlik parlamentdə ümumilikdə 118 yer qazanıb.

Seçkilərdə qalib gəlmiş Sosial-Demokrat partiyası müxalifətdə qalacaq.

Qələbəyə baxmayaraq bu partiya təkbaşına hökumət yarada bilmir.

Hələlik yeni hökumətin tərkibi bəlli olmasa da, baş nazirin sağmərkəzçi Vətəndaş Demokrat Partiyasının lideri Petr Neças olacağı gözlənilir.