Məmmədyarov Morninqstarı qəbul edib

Xarici İşlər naziri Elmar Məmmədyarov iyunun 2-də ABŞ-ın dövlət katibinin Avrasiyada enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstar ilə görüşüb.

XİN-nin mətbuat xidmətinin məlumatına görə görüşdə 2 ölkə arasında enerji əlaqələrinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Həmçinin Xəzər regionunda reallaşdırılan enerji layihələri, qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsinin aparıldığı bildirilir.