Barak Obama İlham Əliyevi təbrik edib

Barak Obama

ABŞ prezidenti Barak Obama Respublika Günü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin iyunun 2-də yaydığı məlumatda deyilir.

Təbrik məktubunda qeyd olunur ki, «qlobal hədələrə qarşı mübarizə aparılması, regional sabitliyin gücləndirilməsi və ümumi təhlükəsizlik problemlərinin aradan qaldırılmasında iki ölkə arasındakı tərəfdaşlıqdan qürur hissi duyuram».

Təbrik məktubunda daha sonra deyilir ki, əməkdaşlıq üçün yeni imkanları inkişaf etdirdiyimiz bir vaxtda gələn aylar və illər ərzində həmin tərəfdaşlığın dərinləşməsinə ümid edirik: «Birləşmiş Ştatlar Azərbaycan hökuməti və xalqı ilə möhkəm münasibətləri yüksək qiymətləndirir və həm regionda, həm də dünyada sabitliyə töhfə verən çiçəklənən və demokratik dövlət kimi Azərbaycanın suverenliyi və inkişafına sadiq qalır».