Hewlett-Packard 9000 adamı işdən çıxarır

Dünyanın məşhur informsiya texnologiyaları istehsal edən ABŞ-ın Hewlett-Packard (HP) şirkəti bu gün 9000 nəfəri iş yerinin ixtisar ediləcəyini bildirib.

İxtisarlar qarşıdakı bir neçə ildə həyata keçiriləcək. Şirkət səbəb kimi də bəzi xidmətlərini tamamilə avtomatlaşdırması ilə izah edir.

HP bildirib ki, göstərdiyi bəzi xidmət sahələrinə texnologiyanın son imkanlarının tətbiq edilməsini planlaşdırır.