İlham Əliyev Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Prezident İlham Əliyev iyunun 1-də ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Görüşdə Azərbaycan ilə ABŞ arasında energetika sahəsində əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.