Rusiyalılar Albaniyaya vizasız gedə biləcək

Albaniya Rusiya vətəndaşlarına qarşı viza rejimini müvəqqəti aradan qaldırıb.

Rusiya vətəndaşları bu gündən başlayaraq oktyabrın sonunadək Albaniyaya vizasız gedə biləcəklər.

Məqsəd ölkəyə turist axınını artırmaqdır.