Stavropoldakı partlayışla bağlı bir neçə şübhəli saxlanılıb

Stavropolda törədilmiş terror aktında şübhəli bilinən bir qrup adamın saxlandığı xəbər verilir.

Məlumatlara görə onların arasında İnquşetiya sakini olan 1 qadın da var.

Partlayıcı qurğunu məhz onun quraşdırdığı ehtimal olunur.

Mayın 26-da Stavropolda törədilmiş partlayış 7 nəfərin ölümü, 40-dan çox adamın isə yaralanmasıyla nəticələndi.