Banqladeş də "Facebook"a çıxışı bağladı

Banqladeşin hakim dairələri "Facebook" şəbəkəsinə çıxışı bağlayıb.

Buna səbəb şəbəkədə Məhəmməd Peyğəmbərin karikaturu və yerli siyasətçilərin təhqiramiz şəkillərinin yerləşdirilməsi olub.

Telekommunikasiya və rabitəyə nəzarət üzrə komissiyanın rəhbəri Həsən Mahmud Delvar bildirib ki, "Facebook" əhalisinin çoxu müsəlman olan ölkə sakinlərinin dini hislərini təhqir edir.