Atışmada 5 polis ölüb

Əfqanıstanın şərqində 5 polis öldürülüb.

Yaraqlılar dünən Paktiya əyalətində polis maşınlarına hücum ediblər.

Atışmada həmçinin 2 yaraqlı öldürlüb.

Polisin məlumatına görə köməyə gələn NATO təyyarələri yaraqlıların mövqeyini bombalayıblar.