Meksika körfəzində neft sızmasıyla mübarizə gedir

British Petroleum şirkəti Meksika körfəzində neft sızmasının qarşısını almaq üçün əməliyyatı davam etdirir.

Mütəxəssislər sızmanın qarşısını almaq üçün quyunu tərkibində sement olan xüsusi ağır məhlulla bağlamağa çalışırlar.

Rəsmilər əməliyyatın uğurlu olduğunu, amma quyunun hələlik tam bağlanmadığını deyirlər.

Platformada qəza aprelin 20-də baş verib.

Nəhəng neft ləkəsi ABŞ-ın Luiziana ştatında balıqçılıq və çimərliklərə ciddi ziyan vurub.

Məlumatlara görə son günlərədək quyudan dənizə 4 milyon litrədək neft axırmış.