Medvedev Almaniyaya gedir

Rusiya prezidenti Dmitri Medvedev gələn həftə Almaniyada kansler Angela Merkellə görüşəcək.

Almaniya hökuməti Medvedevin iyunun 4-də Berlin yaxınlığında kanslerlə görüşəcəyini bildirib.

İki liderin İrana nüvə proqramına görə mümkün sanksiyaları, Yaxın Şərq sülh prosesini, maliyyə bazarlarının tənzimlənməsi yollarını müzakirə edəcəkləri gözlənir.